Xristian ilahilərinin müşayiəti ilə Sikstin kapellasına daxil olan 133 kardinal bir-bir and içib. Daha sonra latın dilində “İşi olmayanlar getsin” mənasını verən “Extra Omnes” əmri verildi və kilsədə yalnız seçki kardinalları qaldı.
Yaşı 80-dən aşağı olan 133 kardinalın – Papadan sonra Katolik Kilsəsinin ən yüksək rütbəli ruhanilərinin iştirak etdiyi səsvermənin nəticəsi Sikstin kapellasının bacasından qalxan tüstü ilə açıqlanıb.
Bacadan qara tüstünün qalxması ilə bu gün başlayan Konklavın ilk iclasında yeni papanın seçilə bilməyəcəyi dünyaya açıqlandı.
Sabahdan etibarən 133 kardinal Papa seçilənə qədər gündə dörd dəfə, ikisi səhər və ikisi günortadan sonra səs verəcək.
Əgər yeni papa seçilsə, Sikstin kapellasının bacasından ağ tüstü qalxacaq.