Qızıl əvvəlki sessiyadakı itkilərdən sonra bir unsiya üçün təxminən 3,375 dollara satılıb. Pauell xəbərdarlıq edib ki, prezident Donald Trampın tarif planı həm inflyasiyanı artıra, həm də iqtisadi artımı ləngidə bilər. Lakin o, FED-in iqtisadiyyatın istiqaməti ilə bağlı daha aydın bir mənzərə ortaya çıxana qədər siyasəti sabit saxlamaq mövqeyində olduğunu söylədi.
“İnflyasiyaya təsirlər qısamüddətli ola bilər və sadəcə qiymət səviyyələrində birdəfəlik dəyişikliyi əks etdirir”, – Pauell deyib. Bununla belə, FED rəhbəri əlavə edib ki, ola bilsin ki, bu inflyasiya təsirləri daha davamlı ola bilər. O, ticarətə aydınlıq gətirmək üçün Ağ Evdən addım gözlədiklərini bildirib.
Dollar Pauellin açıqlamalarından sonra güclənib. Bu, digər valyutalara sahib olan alıcılar üçün qızılı bahalaşdırıb. Faizin düşürülməsi ehtimalının azalması qızıl üçün də mənfidir, çünki qızıl faiz gəliri təmin etmir və buna görə də aşağı faiz mühitlərində daha cəlbedici olur. İnvestorlar hələ də 2025-ci ilin qalan hissəsində ən azı üç faiz endirimi gözləyirdilər, bazar isə bu ehtimal iyul ayında gözləyir.
İnvestorlar Ağ Evin son ticarət elanlarını da yaxından izləyirlər. Dünən günü Tramp, bu həftə İsveçrədə Çinlə keçiriləcək əsas görüşdən əvvəl tarifləri qabaqcadan azaltmaq istəmədiyini təkrarladı.
Sinqapur vaxtı ilə səhər saat 8:40-a olan məlumata görə, spot qızıl 0,5 faiz artaraq bir unsiya üçün 3,382,82 dollar olub. “Bloomberg Dollar Spot” İndeksi Çərşənbə günü 0.5 faiz artdıqdan sonra sabit idi. Gümüş sabit qaldı, palladium isə bir qədər bahalaşıb.