Vaxt.Az

“Böyük ölkə ilə saziş”


 

ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi

“Böyük ölkə ilə saziş” ABŞ prezidenti Donald Tramp bu gün böyük və hörmətli ölkə ilə ticarət müqaviləsi imzalayacaqlarını açıqlayıb.

Tramp “Truth Social” hesabında bu gün səhər yerli vaxtla saat 10:00-da (Bakı vaxtilə saat 18:00) mətbuat konfransı keçirəcəyini açıqlayıb.

"Sabah səhər saat 10:00-da Oval kabinetdə böyük və hörmətli bir ölkənin nümayəndələri ilə böyük ticarət razılaşması ilə bağlı mətbuat konfransı olacaq. Bu, daha bir çox müqavilələrdən ilki olacaq”, – Tramp bildirib.

Digər tərəfdən Amerika mətbuatında əks olunan xəbərlərdə sözügedən ölkənin Böyük Britaniya olduğu iddia edilib.

 





08.05.2025    çap et  çap et