Deyirlər bizdə variantlar çoxdur.
2018-ci ildə yazdığım bir yazıda “qlobal düzən təəssüf ki, müharibəsiz çətindir. Hindistanı gücləndirəcəklər və növbəti illərdə Hindistana qarşı diqqət artacaq. Hindistan adını tez-tez eşidəcəyimiz ölkəyə çevriləcək” fikrini bildirmişdim. Hindistanı ən çox silahlandıranlardan biri Rusiyadırsa, digəri də Fransadır. Yenə Britaniyanın olduğu bölgədə Fransanın peyda olub qarışıqlıq yaratması. 15-ci əsrlərdən indiyə qədər tarix təkrar olunur. Ən son 1914-cü il Yaxın Şərq (yeri gəlmişkən Afrikadan sonra Yaxın Şərqin də nüfuz dairəsindən çıxmasını həzm etməyən Fransa Asiyada yeni ümidlər axtarışındadır). Təəssüf ki, bu dəfə nisbətən ağıllı variant seçilib. Çünki, məhz Hindistanın Asiyada Çinə qarşı gücləndirilməsi təkcə Fransanın deyil, həm də ABŞ-nin maraq dairəsindədir. Digər nöqtələrdən fərqli olaraq burada maraqlar üst-üstə düşür.
Yenə də böyük bir qarşıdurma, rəqibləri iqtisadi cəhətdən zəiflətmə, münaqişəyə cəlb etmə və sonra da xilaskarın peyda olması prosesi. Çox təhlükəli, hiyləgər və hesablanmış bir təhlükəli oyundur.
P.S. Qlobal bazarlar da bu məsələyə sanki hazırlıqlı imişlər. Risklərin artdığı bir vaxtda nə qızılın qiyməti kəskin artdı, nə də böyük müharibə riski neftin qiymətinə təsir edib artırdı, nə də birjalarda çöküş və kəskin enişlər oldu. Yəni hər şey nəzarətimiz altındadır mesajı verilir.