Vaxt.Az

«Mən buradayam, sizə cavab verirəm!»


 

İlham Əliyev Sərkisyanın ağzından «vurdu»

«Mən buradayam, sizə cavab verirəm!» Dünəndən etibarən Çex Respublikasının paytaxtı Praqa şəhərində start götürən Avropa İttifaqının «Şərq tərəfdaşlığı» Proqramının növbəti Sammitində prezident İlham Əliyev də çıxış edib.

Vaxt.az xəbər verir ki , bu barədə Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «twitter» hesabında yazıb. Qeyd edək ki, çıxışının böyük bir hissəsini Türkiyəyə həsr edən Sərkisyan bildirib ki, Avropa İttifaqına üzvlüyə daxil olmağa çalışan bir ölkənin öz keçmişi ilə üz-üzə gəlməkdən qaçmağa çalışması paradoksal faktdır. 

Şöbə müdiri isə prezident İlham Əliyevin Serj Sərkisyanın bu çıxışına verdiyi cavabı yazıb. O qeyd edib ki, Şərq Tərəfdaşlığı sammitində Sərkisyan bütün çıxışını qondarma soyqırımla bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr edib. 

Prezident İlham Əliyev isə Sərkisyana belə cavab verib: «Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!»

 





25.04.2014    çap et  çap et