Hadisə nəticəsində 5 nəfər həyatını itirib, 1-i ağır olmaqla 2 nəfər yaralanıb.
Uttarakhand əyalətinin baş naziri Puşkar Sinq Dhami helikopterin qəzaya uğramasının səbəblərinin araşdırılmasına göstəriş verdiyini bildirib.
Bildirilib ki, hadisə xüsusi məqsədlər üçün istifadə edilən yeddi nəfərlik helikopter Qanqotriyə gedərkən baş verib.
***
Digər tərəfdən, Hindistan və Pakistan arasında münaqişələr davam edir. Hindistanın hücumlarında 31 nəfər pakistanlı həyatını itirərkən, Hindistan rəhbərliyi Pakistanın cavab hücumlarında 10 mülki vətəndaşın həlak olduğunu açıqlayıb.