Vaxt.Az

Pakistanda casus PUA vurulub


 

Hindistanın hərbi əməliyyata qoyduğu “Sindoor” nə deməkdir?

Pakistanda casus PUA vurulub Pakistanın şərqindəki Pəncab əyalətinin Lahor şəhərində Hindistana aid olduğu iddia edilən casus pilotsuz uçan aparatını (PUA) vurulub.

Pakistanın “Samaa TV” telekanalı yerli polis mənbələrinə istinadən xəbər verir ki, Hindistan PUA-sı Qopal Naqar və Nəsirabad rayonları arasında yerləşən Uolton prospektində köhnə hava limanı və hərbi obyektlər yaxınlığında vurulub.

Polis mənbələri 1,5-2 metr uzunluğundakı PUA Hindistan sərhədindən idarə edildiyini bildirib.

PUA siqnal tıxanmalarından istifadə edilərək endirilərkən, ərazidə çoxlu sayda partlayış və həyəcan siqnalı səsləri eşidilib.

Bildirilib ki, yerli sakinlər təşviş içində evlərini tərk edib, əraziyə polis və xilasetmə qrupları göndərilib.

Hindistan aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Pakistan ərazisinə Azad Kəşmir bölgəsinə mayın 6-da raket zərbələri endirib.

Hindistan ordusu terror strukturları olaraq xarakterizə etdiyi 9 hədəfi vurduğunu açıqlasa da, İslamabad rəhbərliyi hücumlarda 6 mülki məntəqənin hədəf alındığını və 26 nəfərin həyatını itirdiyini açıqlayıb.

Pakistan ordusu Hindistanın hücumu zamanı 5 döyüş təyyarəsini vurduğunu açıqlyıb, Yeni Dehli administrasiyası bunu susqun qarşılayıb.

Hindistanın baş naziri Narendra Modi rəhbərlik etdiyi kabinet iclasında hərbi hücumları “Sindoor əməliyyatı” (“qürur anı”) adlandırıb. Hindi lüğətinə görə, “Sindoor” evli hindli qadınların alnına sürtdüyü qırmızı toza deyilir.

 





08.05.2025    çap et  çap et