Vaxt.Az

Sülh, yoxsa qisas?


 

Hindistan-Pakistan gərginliyində hansı ssenarilər ola bilər?

Sülh, yoxsa qisas? Pakistanın baş naziri Şahbaz Şərif mayın 7-də keçirdiyi mətbuat konfransında ərazilərindəki hava hücumlarına cavab verəcəklərini açıqlayıb. Bu cavabın necə olacağı əsasən iki ölkənin böhranı gərginləşdirməkdənsə, çıxış yolu tapa biləcəyini müəyyən edəcək.

CNN telekanalının xəbərinə görə, Pakistan üçün qalan bir seçim tezliklə qələbəni elan etmək və gərginliyə son qoymaqdır. Pakistan rəsmiləri Hindistan Hərbi Hava Qüvvələrinə məxsus üçü Fransa, ikisi Rusiya istehsalı olan beş təyyarənin vurub.

“Pakistan vurduğu təyyarəni vurmaqla Hindistan ordusuna böyük miqdarda ziyan vurub. Bu Pakistana qələbə qazandığını elan etməyə kifayət edir”, – Karnegi Beynəlxalq Sülh Fondunun Cənubi Asiya proqramının direktoru Milan Vaişnav deyib.

***

İkinci variant Pakistanın cavab əməliyyatına başlamasıdır. “Hindistanın bəzi hücumlarının Pakistanın sıx məskunlaşdığı Pəncab əyalətini hədəf aldığını nəzərə alsaq, İslamabad “növbəti cavab” verməyə qərar verə bilər”, – “Brookings” İnstitutunun Xarici Siyasət Proqramının baş əməkdaşı Tanvi Madan deyib.

Bildirilir ki, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Seyid Asim Munir sələfi Qamar Caved Bajva ilə müqayisədə daha ​​sərt və daha qətiyyətli profil çəkir. Ekspertin fikrincə, Munir 2019-cu ildə baş verən qarşıdurmalar zamanı nümayiş etdirdiyi mövqedən bir addım da irəli gedə bilər.

***

Lakin Hindistanın açıq mesajı ondan ibarətdir ki, Pakistanın cavabı həddən böyüyərsə, qisas alacaq. Buna görə də, Mədən bildirib ki, İslamabad cavabını “müəyyən həddən aşağı” saxlamağa üstünlük verə bilər.

Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, İslamabad yalnız Hindistandakı hərbi obyektlərə zərbələr endirəcək, mülki yerlərə deyil.

Tanvi Madanın sözlərinə görə, Pakistandan gələn son bəyanatlar daha ölçülüb-biçilmiş cavabın nəzərdən keçirildiyini göstərir. Bununla belə, heç bir ehtimalı istisna etmək olmaz.

“Keçmiş hadisələrə nəzər salsaq, deyə bilərik ki, hər iki tərəf daha böyük müharibə istəməyən rasional aktordur. Belə bir toqquşma zamanı hər ikisinin itirəcəyi çox şey var”, – Madan deyib.

 





08.05.2025    çap et  çap et