Vaxt.Az

“Bizansvari metod dəyişməz qalıb”


 

Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”

“Bizansvari metod dəyişməz qalıb” Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Kremlin siyasəti, onun tarixi mahiyyəti və müttəfiqlərə münasibəti barədə sərt bəyanatla çıxış edib. Məlumata görə, o bildirib ki, müxtəlif dövrlərdə Rusiyanı idarə edənlərin titulları – çar, imperator, baş katib və ya prezident – dəyişsə də, idarəçilik üsulu daim sabit qalıb.

“Rusiya özünü ‘üçüncü Roma’ elan etdikdən sonra onun idarəçiləri özlərini çar, imperator, baş katib və ya prezident adlandırıblar – çox şey dəyişib, lakin ölkənin idarəçiliyi və xarici siyasətində bizansvari metod dəyişməz qalıb”, – deyə Zülfüqarov qeyd edib.

O, belə bir sistemdə hətta müttəfiq olmağın belə təhlükəli olduğunu vurğulayıb: “Qayda dəyişməz qalır: Moskvaya düşmən olmaq təhlükəlidir, lakin dost olmaq ölümcül təhlükəlidir”. Zülfüqarovun fikrincə, təkcə Azərbaycanın deyil, bir çox başqa ölkənin müasir tarixi bu fikri dəfələrlə sübut edib.

 





08.05.2025    çap et  çap et