***
Ötən həftədən bəri Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə AfD-ni ölkə daxilində "təsdiqlənmiş sağçı ekstremist təşkilat" kimi təsnif etmişdi. Əvvəllər yalnız şübhəli hal kimi siyahıya alınmışdı. Bunun əsası bir neçə il ərzində toplanmış materialdan ibarət təxminən 1100 səhifəlik hesabatdır. Hesabat dərc olunmayıb. Yeni Federal Kansler Fredrix Merz bəyan edib ki, hesabat diqqətlə araşdırılmalıdır. AfD bu yeniləməyə qarşı iddia qaldırıb.
Hesabatdan çıxarışda Konstitusiyanın Müdafiəsi İdarəsi AfD siyasətçilərinin açıqlamalarını dörd başlıq altında qruplaşdırıb. Bunlar “etnik mənsubiyyətə əsaslanan bəyanatlar və münasibət”, “ksenofobiya”, “islamofobiya” və “demokratik prinsip”dir.
***
Məsələn, Veydel 2023-cü ilin sonunda bir “YouTube” kanalına verdiyi müsahibədə "müsəlmanlar haqqında mənfi ümumiləşdirmələr" etmişdi. Verilən məlumata görə, Veydel müsahibəsində Almaniyanın "mədəniyyətə yad insanların" axını ilə "böyük sosial-siyasi problem" yaşadığını və bunun "azad demokratik əsas nizamımıza zidd" olduğunu söyləyib.
Keçən sentyabr ayında Brandenburq əyaləti seçkiləri üçün təbliğat nitqində Veydel anti-müsəlman təşviqatını Almaniyada qeyri-müsəlmanlara qarşı təcavüzkar cihad ittihamlarına çatdırıb.
Vaydel əcnəbilərə qarşı cinayətlərdən də danışıb. "Bunlar ölkəmizdə mobbinq və zorlama kimi tamamilə yeni hadisələrdir. Alman küçələrində yaşadığımız cihaddır. Artıq alman xalqına qarşı dini müharibə aparılır”, – deyib.
Bütün bu sözlər sızan hesabatda öz əksini tapıb...