Yatsenyukun sözlərinə görə, Rusiyanın Ukraynanı siyasi və hərbi cəhətdən işğalına imkan verilməyəcək və plan baş tutmayacaq: «Rus qoşunlarının Ukrayna ərazisini işğal etməsi Avropa məkanında hərbi konfliktə gətirib çıxaracaq. Dünya hələ ikinci dünya müharibəsini unutmayıb. Rusiya indi isə üçüncü dünya müharibəsinə başlamaq istəyir. Ukrayna ərazisinin işğal edilməsi, beynəlxalq təhlükəsizliyin və sabitliyin pozulması ilə bağlı məsuliyyət Rusiya hakimiyyətinin üzərinə düşəcək».
Baş nazir onu da əlavə edib ki, Rusiyanın Ukraynadakı terrorçuları müdafiə etməsi beynəlxalq cinayət hesab olunacaq: «Ona görə də bütün dünyanı təcavüzünə qarşı birləşməyə çağırıram».