Vaxt.Az

“Meymun çiçəyində”də qorxulu artım


 

Virus Sierra Leonedə epidemiyaya səbəb olub

“Meymun çiçəyində”də qorxulu artım Qərbi Afrika ölkəsi Sierra Leonedə bir həftə ərzində “meymun çiçəyi” virusuna yoluxmalarda 63 faiz artım qeydə alınıb.

Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, Sierra Leonenin keçən həftə Afrika qitəsində təsdiqlənmiş “meymun çiçəyi” xəstəliyinin yarısından çoxunun məlumat verdiyini bildirdi.

Afrika CDC rəsmisi Ngaşi Nqonqo, Sierra Leonenin qitədə “meymun çiçəyi” epidemiyasına təkan verdiyini xəbərdar edərək, Sierra Leone, bir həftə ərzində 384 təsdiqlənmiş “meymun çiçəyi” hadisəsinin qitədəki ümumi hadisələrin 50,7 faizini təşkil etdiyini bildirdi.

Yanvar ayında ölkənin “meymun çiçəyi” epidemiyasını ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan etdiyini xatırladan Nqonqo, "Cəmi bir həftə ərzində təsdiqlənmiş hallarda 63 faiz artım oldu", – deyib. Nqonqo, Sierra Leonedəki ən böyük problemlərdən birinin qeyri-kafi maliyyələşmə olduğunu və kontaktların axtarışı və laboratoriya imkanlarının artırılmasının lazım olduğunu söylədi.

Ölkədəki “meymun çiçəyi” müalicə mərkəzlərində cəmi 60 çarpayı olduğuna diqqət çəkən Nqonqo, "Aktiv vakaların sayı 800 civarındadır. Bu səbəbdən bir çox xəstə evdə qalmaq məcburiyyətindədir", – deyib.

Sierra Leone, keçən ay tibb işçilərinə, yüksək riskli şəxslərə və 12 yaşdan yuxarı uşaqlara 61,300 doza “meymun çiçəyi” peyvəndi tətbiq etməyə başladı. Yanvar ayında iki nəfərdə “meymun çiçəyi” virusu aşkar edildikdən sonra ölkədə “fövqəladə vəziyyət” elan edilib və sərhəd qapılarında nəzarət gücləndirilib.

***

“Meymun çiçəyi” virusu siçan və dələ kimi gəmirici heyvanlardan və ya yoluxmuş şəxslərdən ötürülür. Bədəndə səpgilərə səbəb olur.

Virusun yaratdığı bu səpgilərə toxunmaq, çirklənmiş paltar, çarşab, dəsmal və buna bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.

İlk simptomlar virusa yoluxduqdan 5-21 gün sonra görünə bilər.

Virus adətən yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, titrəmə, qızdırma və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

Xəstəliyin xüsusi müalicəsi yoxdur və antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.

 





09.05.2025    çap et  çap et