Vaxt.Az

Xalqla birliyin təntənəsi


 

Heydər Əliyev təkcə dövlət qurmadı – həm də millətin taleyinə sahib çıxdı

Xalqla birliyin təntənəsi Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müasir və müstəqil Azərbaycan dövlətinin memarı, dahi siyasətçi və müdrik dövlət xadimi Heydər Əliyevin anadan olduğu gündür.

Heydər Əliyev — elə bir zirvədir ki, zaman onu nə unuda, nə də kölgədə qoya bilir. Onun həyat yolu, mübarizəsi və xalqına sonsuz sədaqəti Azərbaycan tarixinin şanlı salnaməsinə qızıl hərflərlə həkk olunub. Ulu Öndərin uzaqgörənliyi, dövlətçilik təfəkkürü və müdrik liderliyi sayəsində Azərbaycan xaosdan sabitliyə, zəiflikdən gücə, ümidin tükəndiyi bir vaxtda qürur və inam dolu sabahlara doğru inamla addımladı.

O, təkcə dövlət qurmadı – həm də bir millətin taleyinə sahib çıxdı. Onun siyasi iradəsi, idarəçilik məharəti və tarixi məsuliyyəti Azərbaycan xalqının ruhuna dayaq, yoluna işıq oldu. Bu gün azad və güclü Azərbaycan məhz onun əlçatmaz irsinin canlı təcəssümüdür.

Heydər Əliyevin ən böyük amal və arzusu olan Qarabağ bu gün azad, öz əsl sahibləri ilə bərabər yeni bir həyat qurur. Bu qələbə, bu səadət — onun əbədi ideallarına sədaqətin və xalqla birliyin təntənəsidir.

Unudulmaz şəxsiyyətini dərin sevgi, sonsuz ehtiram və qürurla anırıq. Onun ruhu qarşısında baş əyir, qoyduğu müqəddəs yolu sonsuz sayğı ilə davam etdiririk.

Ruhunuz şad olsun, Ulu Öndər!

 





10.05.2025    çap et  çap et