Vaxt.Az

Tac-Mahalın sökəcək qədər türk nifrəti


 

Asiyadakı iki düşməndən biri Hindistan, dünyada ən sadiq dostlarımızdan biri Pakistan

Tac-Mahalın sökəcək qədər türk nifrəti Azərbaycana səmimi dost münasibəti bəsləyən nadir ölkələrdən biridir. Mən miflərə qarşıyam, o üzdən “Pakistanlılar Qarabağda döyüşüblər” kimi nağıllara hər zaman tənqidi yanaşmışam. Amma dediyim kimi başqa sahələrdə bizə çox yaxşı olublar.

Öz sahəmlə bağlı deyə bilərəm ki, II Qarabağ müharibəsi zamanı Azərbaycanın ən güclü media dəstəyi məhz Türkiyə və Pakistandan gəlirdi. Pakistan Hindistanla 80 ildir savaşırlar deyə əllərində güclü media resursları, trol ordusu və sosial şəbəkələrdə təsir imkanlar var.  Hamısını yönəltmişdilər Azərbaycana dəstək verməyə. Bu da vacib işdir, savaşın ortasında Avropadan bizə güclü sanksiyalar axsa Qarabağın azadlığı bəlkə də yarımçıq qalardı. Qalmazdı sanksiyalarla əziyyət çəkərdik.

Eyni zamanda, BMT kimi vacib təşkilatlarda və digər beynəlxalq toplantılarda Pakistan daim Azərbaycanın yanında olub. Bəzən bu dəstək rəsmi bəyanatlar səviyyəsində, bəzən isə psixoloji təsir kimi özünü göstərib. Xaricdə diasporumuzun zəif olduğu yerlərdə mitinqlərdə və tədbirlərdə Pakistan və Türkiyə vətəndaşlarını çağırdıqda dəstəyə gəliblər və sairə.

Hindistan isə bizə düşmən mövqedə duran 2 Asiya ölkəsindən biridir. Ölkədə onlarla erməni nəşri bizə qarşı fəaliyyət göstərib, göstərir. Hazırda hakimiyyət başında radikal Hindu millətçilərdir. Öz dinlərindən olmayan hər kəsə qarşı düşmən mövqe tutublar. Radikallıq o səviyyədədir ki, millətçi siyasətçilər dünyanın incisi Tac Mahal kimi abidələrin sökülməsini tələb edirlər ki, ölkədə türk-müsəlmana aid heç nə qalmasın.

 





10.05.2025    çap et  çap et