Robert Prevost 267-ci Papa seçilməzdən çox əvvəl “X” sosial media platformasında ABŞ-ın vitse-prezidenti Ceyms Vensi tənqid etmişdi.
Leo bir katolik nəşrində "Vens səhv edir: İsa bizdən başqalarına olan sevgimizi sıralamağımızı tələb etmir”, – başlıqlı məqalə yazmışdı.
Tramp Leonun seçilməsinin ABŞ üçün böyük şərəf olduğunu bildirib. Lakin prezidentin ən güclü tərəfdarlarından bəziləri yeni Papanı tənqid etməyə və ona hücuma keçməyə tələsiblər.
“BBC”yə danışan Trampın keçmiş baş strateqi Stiv Bannon, Leonun seçimini çox təəccüblü olduğunu deyib.
““Twitter”də olan və Amerikanın yüksək səviyyəli siyasətçilərinə qarşı bu mənada ifadələr işlədən birinin Roma Papası seçilməsi məni şoka salır”.
Katolik olan Bannon yeni Papa ilə ABŞ prezidenti arasında mütləq sürtünmə olacağını proqnozlaşdırmışdı.
ABŞ prezidentinin yeni Papanı “anti-Tramp, anti-MAGA, açıq sərhədlər tərəfdarı və Papa Fransis kimi marksist” kimi xarakterizə etdiyinə görə radikal sağçı nəzəriyyəçi Laura Lumerin “qulağını çəkdiyi” deyilir.
Lakin Nyu-York kardinalı Timoti Dolan Papa XIV Leonun Donald Tramp da daxil olmaqla dünya liderləri ilə körpülər qurmağa çalışacağını düşündüyünü söylədi.
Yeni Papa Trampın komandası ilə bəzi məsələlərdə eyni siyasəti bölüşür. Tramp və Vens kimi o da aborta qarşıdır.
Lakin o, izləyicilərini Katolik iqlim petisiyasını imzalamağa çağırış edərək iqlim dəyişikliyi ilə mübarizə səylərini dəstəkləyib. Bunun əksinə Tramp ABŞ-ı qlobal istiləşmə ilə mübarizə aparan Paris İqlim Sazişindən çıxarıb.