Vaxt.Az

115 faiz ...


 

Çin və ABŞ qarşılıqlı tariflərin azaldılması ilə bağlı razılığa gəliblər

115 faiz ... İsveçrədəki danışıqlardan sonra Çin və ABŞ tarifləri müvəqqəti olaraq azaltmaq qərarına gəlib. Buna uyğun olaraq, Pekin tarifləri 90 gün ərzində 125 faizdən 10 faizə endirəcək. Vaşinqton da eyni müddət ərzində Çinə tətbiq etdiyi tarifləri 145 faizdən 30 faizə endirəcək.

ABŞ Maliyyə Naziri Skott Bessent Çin və ABŞ-ın münaqişə istəmədiyini bildirib. “Fentanillə bağlı atılacaq növbəti addımlar haqqında çox möhkəm və məhsuldar müzakirə apardıq”, – Bessent deyib.

Bəyanatda həmçinin qeyd olunub ki, “tərəflər iqtisadi və kommersiya əlaqələri üzrə danışıqları davam etdirmək üçün mexanizm yaradacaqlar”.

Birləşmiş Ştatlar və Çin İsveçrədə iki gün davam edən danışıqlardan sonra ticarət müharibəsini aradan qaldırmaq üçün əhəmiyyətli irəliləyiş əldə edildiyini açıqlayıb.

Çin Baş nazirinin müavini Hi Lifenq ABŞ tərəfinin peşəkarlığını yüksək qiymətləndirərkən, ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir iki tərəf arasında ticarət mübahisələrinin şişirdilmiş ola biləcəyini deyib.

“Bloomberg Economics” analitiki Cennifer Velç bildirib ki, tariflər indiki yüksək səviyyələrindən aşağı salınsa, xarici ticarətə təsir əhəmiyyətli ola bilər.

 





12.05.2025    çap et  çap et