Vaxt.Az

Gözəllik salonunda faciə


 

İranda 13 qadın bir anda zəhərləndi!

Gözəllik salonunda faciə İranda generatordan çıxan karbon qazı 13 qadını zəhərləyib. İranın İsfahan şəhərindəki gözəllik salonunda baş verən hadisədən sonra zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Mehr Xəbər Agentliyinə danışan İsfahan Təcili Yardım Mərkəzinin sözçüsü Abbas Abdi məsələ ilə bağlı məlumat verib.

“İsfahan şəhərinin Mirzə Tahir küçəsində qadınların gözəllik salonunda generatorun işə salınması nəticəsində 13 qadın qazdan zəhərlənib”, – Abdi bildirib.

İran rəsmisi qeyd edib ki, zəhərlənən qadınlar müxtəlif xəstəxanalara göndərilib.

 





12.05.2025    çap et  çap et