Yeni kürd terror qruplaşması yoldadır mi? PJAK-a qoşulub Qərbi Azərbaycana yeni bəla yaradacaqlarmı? Zindəşti kimi Qüds Qüvvələrinin komandanlığı altında beynəlxalq qaçaqmalçılar və Arman Simitko kimi İran kəşfiyyat xidmətinin nəzarəti altında olan qruplar İran-Azərbaycan ərazilərində terrorçuların yenidən təşkilində rol oynayacaqlarmı?
Türkiyə tərəfində isə başqa suallar var. Hazırda əsas problem Barak Obamanın bağışladığı külli miqdarda ağır silah və sursata malik PKK-nın Suriya qolu YPG-dir. Əsas məsələ YPG-nin təslim olub-olmayacağıdır. Əslində Qəndildəki PKK Türkiyənin problemi deyil. Növbəti mərhələdə Türkiyənin problemi PJAK-dır ki, bu da çox da önəmli deyil. Əsas həll olunmayan məsələ Suriyada terror qruplaşmasının sonrakı taleyidir. Ağır silahları kim alacaq? YPG-nin dağılmaq istəmədiyi təqdirdə Türkiyə və ya Suriya hökumətinin növbəti addım nə olacaq?
Digər məsələ isə PKK üzvlərinin üçüncü ölkəyə köçürülməsidir. Terrorçuların Albaniyaya köçürülməsi Türkiyə üçün məqbul bir üsul olacaqmı?
Artıq zamana ehtiyacımız var bunların cavabını axtararkən bəlkə də bu sürəcdə başqa suallar meydana çıxacaq.