QSC sədrinin başqa bir əmri ilə
metropolitenin Hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin rəisi Vidadi
Tağıyev də vəzifəsindən azad edilib. V.Tağıyev isə 1999-cu ildən indiyədək şöbə
rəisi vəzifəsini tuturdu. Rəis postundan azad edilən V.Tağıyev yanğınsöndürən
vəzifəsinə keçirilib.
«Bakı Metropoliteni» QSC-dən Modern.az
saytına verilən açıqlamada hər iki faktı təsdiqləyiblər. Bildirilib ki, sədr
Zaur Hüseynovun əmrinə müvafiq olaraq baş mühasibin səlahiyyətlərinin icrası
baş mühasibin müavini Həyat Gülmətovaya həvalə olunub.
Digər əmrlə Rafiq Hüseynqulu oğlu
Müvəffəq metropolitenin Hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin rəisi
vəzifəsinə təyin edilib.
«Bakı Metropoliteni» QSC-dən onu da
bildiriblər ki, sədr Zaur Hüseynov qurumun rəhbərliyinə daxil olan şəxslərin
iştirakı ilə müşavirə keçirib. Müşavirədə xidmət rəislərinin hesabatlarını
dinləyən sədr nöqsanları müzakirə etdikdən sonra müvafiq tapşırıqlar verib.
Tapşırıqlardan biri də metropoliten
işçiləri üçün «Bilgəh» istirahət sahəsinin növbəti mövsümə hazırlığı ilə bağlı
olub. Z.Hüseynov oradakı bütün köhnə binaların və avadanlıqların yeniləri ilə
əvəz olunmasının zəruriliyini vurğulayıb.
Xatırladaq ki, «Bakı Metropoliteni»nin
yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra qısa müddət ərzində metroda
bir sıra dəyişiklik edilib, keçidlərdə və stansiyalardakı ticarət ləğv edilib,
reklamlar yığışdırılıb
Yeri gəlmişkən, »Bakı Metropoliteni»
QSC-nin nizamnaməsinin və strukturunun layihəsi də bu günlərdə Nazirlər
Kabinetinə təqdim olunub. Yeni layihə prezident İlham Əliyevin sərəncamına
uyğun olaraq hazırlanıb.
Nizamnamə və strukturu layihəsi təsdiqlənəndən sonra «Bakı Metropoliteni» QSC-nin sədr müavinləri də təyin olunacaq.