Onunla eyni partiyadan olan siyasətçi əri Karlos Torres, “Vicdanım təmizdir”, – deyib və əlavə etdi ki, ABŞ və ya Meksikada viza ləğvi ilə bağlı onlara qarşı heç bir istintaq və ya hüquqi ittiham yoxdur.
Cütlüyün vizasının niyə ləğv edildiyi hələlik məlum deyil.
ABŞ-ın bölgədəki konsulluğunun sözçüsü “The Associated Press” (AP) xəbər agentliyinə viza qeydlərinin məxfi olduğunu və şəxslərin sənədlərinin paylaşıla bilməyəcəyini bildirib.
ABŞ-ın Kaliforniya ştatı ilə həmsərhəd olan Aşağı Kaliforniya iki ölkə arasında qanunsuz miqrant keçidlərinin ən çox olduğu bölgədir.
Digər tərəfdən, qonşusu ilə gömrük rüsumları ilə bağlı problemlər yaşayan ABŞ, Meksikanın da “Google” ilə problem yaşamasına səbəb olub.
Tramp yanvarın 20-də Ağ Evdə Meksika körfəzinin adının dəyişdirilərək “Amerika Körfəzi” adlandırılması barədə sərəncam imzalayıb.
Meksika prezidenti Klaudia Şeynbaum, ABŞ-da istifadə edilən xəritəçəkmə tətbiqində “Meksika Körfəzi” adını “Amerika Körfəzi” olaraq dəyişdirdiyi üçün texnologiya nəhəngini məhkəməyə verdiklərini açıqladı.
Ötən həftə paytaxt Mexikodakı Milli Sarayda təşkil edilən gündəlik mətbuat konfransında danışan Şeynbaum, bu mövzuda daha əvvəl “Google”a xəbərdarlıq etdiklərini, lakin istəklərinin yerinə yetirilmədiyini söylədi.
Körfəzin ABŞ sahillərinə uyğun gələn hissəsi üçün “Amerika Körfəzi” adının istifadəsinə etiraz etmədiklərini vurğulayan Şeynbaum, “Ancaq Google bütün körfəzi bu şəkildə adlandıra bilməz. Bu, beynəlxalq bir məsələdir. Bizim xahişimiz budur ki, “Google” “Amerika Körfəzi” adını yalnız ABŞ ərazisinə uyğun gələn hissəyə yerləşdirsin və Meksika və Kubaya tərəf hissəsində “Meksika körfəzi” adından istifadə etsin”.
“Google” fevralın 11-də “Maps” tətbiqindəki “Meksika körfəzi” adının “Amerika Körfəzi” olaraq dəyişdirildiyini elan etmişdi.