Vaxt.Az

Trampın ilk rəsmi səfəri


 

ABŞ prezidenti səhər saatlarında Ər-Riyada gəlib

Trampın ilk rəsmi səfəri

ABŞ prezidenti Donald Tramp strateji tərəfdaşlığı dərinləşdirmək məqsədi ilə ikinci müddətinin ilk rəsmi xaricə səfəri çərçivəsində bu gün (mayın 13-də) Ər-Riyada gəlib.

“Air Force One” təyyarəsi Ər-Riyad vaxtı ilə səhər saat Bakı vaxtilə 10:50 radələrində Ər-Riyada enib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın başçılıq etdiyi Nazirlər Kabineti dünən yaydığı bəyanatda səfəri alqışlayıb, bu səfərin iki ölkə arasında əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verəcəyinə, onların ümumi maraq və baxışlarına nail olacağına ümidvar olduğunu bildirib.

ABŞ prezidenti Ər-Riyada getməzdən əvvəl Ağ Evdə keçirdiyi mətbuat konfransında BƏƏ və Qətəri də əhatə edən bölgəyə səfərini tarixi adlandırıb.

2017-ci ilin may ayında Səudiyyə Ərəbistanına səfəri zamanı Tramp Kral Salman bin Əbdüləzizlə görüşmüş və iki ölkə arasında bir çox mühüm müqavilələr imzalanmışdı.

 





13.05.2025    çap et  çap et