Dünən İngiltərənin paytaxtı Londonda Böyük Britaniyanın baş naziri Keir Starmerə məxsus evdə yanğın baş verib. London polisi yanğına cəhddə şübhəli bilinən 21 yaşlı gənci həbs edib.“SkyNews” xəbər verir ki, Starmer və ailəsi “Downing Street” 10-a köçməzdən əvvəl bu evdə yaşayıb. Yanğın nəticəsində evin giriş hissəsinə ziyan dəydiyi bildirilib.
Polisin açıqlamasında yanğının yerli vaxtla saat 01:35-də baş verdiyi bildirilir. “Hadisə yerinə məmurlar gəlib. Əmlaka ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb”.
London yanğınsöndürmə briqadası yanğının kiçik miqyasda olduğunu bildirib.
Polis bildirib ki, Terrorla Mübarizə Şöbəsi evin yüksək profilli dövlət məmuru ilə əlaqəsi olduğuna görə istintaqı öz üzərinə götürüb.
çap et