Vaxt.Az

Londonda elektrik böhranı


 

Sərnişinlər metroda qapalı qalıb

Londonda elektrik böhranı İngiltərədə elektrik enerjisinin kəsilməsi London metrosunu iflic edib. Bir çox xətlər yararsız hala düşüb, sərnişinlər metroda tunellərində qapalı qalıb.

Böyük Britaniya Milli Şəbəkəsi Londonun mərkəzində ötürücü şəbəkəsində nasazlıq olduğunu elan etdikdən sonra üzr istəyib.

Açıqlamada nasazlığın saniyələr ərzində aradan qaldırıldığı və kabel nasazlığından yaranan kiçik miqyaslı yanğının nəzarət altına alındığı bildirilib. Nasazlıq nəticəsində yaranan gərginliyin düşməsinin sözügedən böhrana səbəb olduğu öyrənildi.

Milli Şəbəkə bütün şəbəkəni onlayn bərpa etmək üçün hələ də çalışdıqlarını söyləsə də, sərnişinlər tunellərdə qapalı qaldıqlarını və istidən çox əziyyət çəkdiklərini söyləyirlər.

***

Sərnişinlərdən biri “SKY News”a “Enerji yox idi və qapılar açılmırdı”, – deyib.

“Liftlər işləmədiyi üçün böyük çamadanlı turistlərin çoxu, eləcə də yaşlı və əlil insanlar pilləkənlərlə qalxmalı olublar”.

Başqa bir sərnişin vaqonların çox isti olduğunu və bunu “kabus” təcrübəsi adlıandırıb.

Sərnişinlərdən biri əməkdaşlara göstərdikləri səylərə görə təşəkkür edərkən, digəri: “Heyət nə edəcəklərini və bu hadisəni necə idarə edəcəklərini bilmirdi”.

Nəqliyyatın normal vəziyyətə gətirilməsi üçün səylər davam edir.

 





13.05.2025    çap et  çap et