Ölkənin beş böyük ictimai sektor birliyi (CGT, Solidaires, FO, UNSA, FSU və CFE-CGC) mayın 13-də ümummilli tətilə çağırış edib. Tətilin əsas səbəbi hökumətin “böyük təmizlik” adlandırdığı və 2025-26-cı illər üçün elan etdiyi büdcə tədbirləridir.
***
Parisdə nümayişçilər, yerli vaxtla saat 14:00, (Bakı vaxtilə 16:00) XII ərazidəki “Sakit okean batalyonu” (Bataillon du Pacifique) meydanında toplanacaq. Tətil hərəkatının Lion, Lill, Sen-Kanten, Laon, Montpellyer, Qrönobl, Şatoru və Burk-an-Bres kimi böyük şəhərlərdə də təsir edəcəyi deyilir.
***
“Sud Éducation” və “SNES-FSU” təhsil birlikləri də tətili dəstəkləyir. Bu səbəbdən məktəblərdə, körpələr evi-uşaq bağçalarında və məktəb nəqliyyatı xidmətlərində vaxtaşırı fasilələr yarana bilər. Bundan əlavə, tələbələrin yemək, oyun və istirahət vaxtları da tətildən təsirlənə bilər.
***
İctimai birliklər hökumətin ictimai xidmətlərin azaldılması siyasətinin işçilərin əziyyət çəkməsinə səbəb olduğunu deyirlər. Dövlət qulluqçularının nümayəndəsi Kristof Delkur hökuməti “ikili danışmaqda” və “yanıltıcı görüşlər təşkil etməkdə” ittiham edib.
Tətilin gün ərzində bütün Fransada xidmətlərin dayandırılmasına səbəb olacağı gözlənilir. Vətəndaşlara xüsusilə məktəb və nəqliyyat xidmətləri ilə bağlı yerli elanlara riayət etmələri tövsiyə olunur.