ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bəyan edib ki, ABŞ Dövlət Departamenti Birləşmiş Ərəb Əmirliklərinə təxminən 1,457 milyard dollar dəyərində “CH-47F Chinook” helikopterləri, “F-16” qırıcı təyyarəsinin komponentləri və dəstək və əlaqədar avadanlıqların mümkün satışını təsdiqləyib. Ağır texnika və toplu şəxsi heyyət daşınmasında istifadə olunan “Chinook” helikopteri ABŞ-ın strateji hərbi texnikası sayılır.Pentaqonun verdiyi açıqlamada, helikopterin iki əsas podratçısının “Boeing Helicopter Aircraft” və “Honeywell Engine” olduğu bildirilib. Pentaqon bildirib ki, “F-16”ya dəstək müqaviləsində iştirak edən heç bir podratçı yoxdur.
çap et