Festival rəhbərliyi “yaxşı davranış və nəzakət” əsas gətirərək, cəsarətli, şəffaf paltarları və həddindən artıq dekolteni ortaya qoyan dizaynları qadağan etmək üçün yeni siyasət tətbiq edib. Festival sənədlərində açıq şəkildə ifadə olunan qaydada “Qırmızı xalçada və festival meydançasında çılpaqlıq qadağandır”, – yazılır.
Bu qərarın son illərdə moda dünyasında getdikcə populyarlaşan “çılpaq paltar” trendinə qarşı tədbir olaraq alındığı bildirilir. Bu geyimlərin təşkilata kölgə salacağına və ciddiliyi azaldacağına inanan komitə qaydalara əməl etməyənlərin qırmızı xalıya buraxılmayacağını da açıq şəkildə bildirir.