Nyu-Yorkda yaşayan 39 yaşlı Loyda Kordero Qaliero daha sağlam həyat üçün elektron siqaretə keçib. Ancaq bir il sonra o, həyatını alt-üst edən tənəffüs çətinliyi yaşayıb. Qəfildən nəfəsi kəsilən Loyda xəstəxanaya aparılıb və ağciyərlərinin çökdüyünü öyrənib.
Elektron siqaretlər Qalieronun ağciyərlərinə ciddi ziyan vurub və onun nəfəs almasını demək olar ki, qeyri-mümkün edib. Hətta hava kisələrinin yırtılması riski səbəbindən yemək bişirmək və adi çanta daşımaq kimi sadə fəaliyyətlər belə qadağan edilib.
Yatarkən belə dik durmaq məcburiyyətində olduğunu deyən Qaliero, “Uzananda boğuluram, ölə bilərəm” deyərək yaşadıqlarını dilə gətirib. O, əlavə edib ki, elektron siqaretlər onun ciyərlərini saatlı bombaya çevirib. İki uşaq anası olan Qaliero artıq siqareti tamamilə atıb və bütün diqqətini ağciyərlərini xilas etmək üçün mübarizəyə cəmləyib.
Qaliero, “Siqareti tərgitdiyim zaman çox qürurlandım. Heç kim mənə elektron siqaretin bu qədər təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etmədi. İndi hətta nəfəs almağı xoşbəxtlik hesab edirəm”, – deyib.