Sovet İttifaqı tərəfindən uzaq mənzilli hava hədəflərinə qarşı hazırlanmışdı və onun ən məşhur versiyası olan “S-200V” “Vega” əsasən strateji bombardmançı təyyarələrin vurulması üçün istifadə olunurdu. Bu kompleks yarımaktiv radar tuşlama sistemi, analoq idarəetmə və 240–250 km-ə qədər hədəf vurma məsafəsinə malik idi. Ukrayna bu sistemi müasir tələblərə uyğun olaraq modernləşdirib və onun imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Modernizasiya nəticəsində sistem rəqəmsal idarəetmə və müasir radarlarla təchiz edilib, bəzi raketlərə GPS əsaslı yönləndirmə funksiyası əlavə olunaraq yerüstü hədəflərin də vurulması mümkün hala gətirilib. Eyni zamanda, dəqiqlik və döyüş səmərəliliyi yüksəlib və Ukrayna bu sistemləri Rusiya ilə müharibə zamanı real döyüş şəraitində uğurla tətbiq edib. Beləliklə, əvvəllər yalnız müdafiə məqsədilə istifadə olunan bu kompleks, indi həm müdafiə, həm də strateji hücum vasitəsi kimi çıxış edir.