Vaxt.az AzərTAc-a
istinadən xəbər verir ki, komitə sədrinin tutduğu vəzifədən azad edilməsi ilə
bağlı imzalanan sərəncamda deyilir ki, Prezident Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq, Elşad Hüseyn
oğlu İsgəndərovu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri vəzifəsindən azad edib.
Virtualaz.org bildirir
ki, ekspertlər Elşad İsgəndərovun vəzifədən azad olunmasını onun adının son
günlər nurçulaırn siyahısında çəkilməsi ilə bağlayırlar. Onların ehtimallarına
görə, Komitə sədri məhz bu səbəbdən hədəfə gəlib.
Yeri gəlmişkən, dövlət başçısı E.İsgəndərovdan əvvəl nurçuluqda ittiham olunan digər məmur Elnur Aslanovu da Prezident Administrasiyasının şöbə müdiri vəzifəsindən azad etmişdi.