ABŞ prezidenti Donald Tramp İstanbul danışıqlarında iştirak etməyəcəyini və onun xüsusi nümayəndəsi Keyt Kelloq və Stiv Vitkoffun danışıqlarda ABŞ-ı təmsil edəcəklərini açıqlayıb.Tramp daha əvvəl İstanbulda danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunarsa, Körfəz ölkələrinə səfərlərini qısaldıb İstanbula gələ biləcəyini bildirmişdi.
***
Yeni bəyanatla ABŞ prezidenti Trampın xüsusi nümayəndəsi Kelloq çıxış edib. Kellogq Rusiya lideri Putinə işarə edərək, "Ümid edirik ki, prezident Putin (İstanbula) gələcək. Əgər səfər baş tutsa, prezident Tramp da orada olacaq. Onunla çox yaxşı görüş keçirə bilərik".
***
Ukrayna lideri Zelenski Ərdoğanla Ankarada görüşəcəyini və Putinin İstanbula gələcəyi təqdirdə danışıqlara qatılacağını açıqlayıb. Atəşkəsin əsas prioritet olduğunu deyən Zelenski Trampı İstanbula dəvət etdiklərini bildirib. Zelenski əlavə edib ki, Çin də atəşkəsi dəstəkləyir.
çap et