Vaxt.Az

Almaniyada toy kabusa döndü


 

150 qonaq Norovirusa yoluxdu

Almaniyada toy kabusa döndü Almaniyanın Bavariya əyalətinin Donau-Ries rayonundakı restoranlardan birində keçirilən toy mərasimi qonaqlar üçün unudulmaz qanqaraçılığa çevrilib. Tədbirdə iştirak edən təxminən 150 nəfər Norovirus səbəbiylə mədə-bağırsaq infeksiyasına yoluxub.

***

Səlahiyyətlilərin bildirdiyinə görə, həmin gün restoranda təkcə toy deyil, həm də digər tədbirlər də keçirilib. Ümumilikdə 196 nəfərin virusla təmasda olduğu bildirilərkən, 144 nəfərdə ishal və qusma kimi simptomlar müşahidə edilib. Laboratoriya nəticələri indiyədək yeddi nəfərdə Norovirus infeksiyasını təsdiqləyib. Xəstəxanaya aparılan bir nəfər qısa müddət sonra evə buraxılıb.

***

Sağlamlıq qrupları virusun mənbəyini müəyyən etmək üçün restorandan götürülmüş qida nümunələrini laboratoriyaya göndərib. Hələ qəti nəticələr əldə edilməsə də, ilkin təhlillər virusun qonaqlardan biri vasitəsilə ətraf mühitə keçə biləcəyi ehtimalına diqqət yetirir.

***

Normalda payız-qış aylarında rast gəlinən norovirus hadisələrinin may ayında ortaya çıxması mütəxəssislərin diqqətini çəkib. Virus uşaq bağçaları, məktəblər və qocalar evləri kimi izdihamlı mühitlərdə asanlıqla yayıla bilir. Əl təması və ya çirklənmiş səthlər virusun ötürülməsində mühüm rol oynayır. Xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəli ola bilən infeksiya infeksiyadan sonra 6 saat-2 gün ərzində əlamətlərlə özünü göstərir və bu dövrdə xəstələr çox yoluxucu olurlar. Həmçinin bildirilir ki, sağalmış şəxslər daha iki həftə ərzində virusu yaya bilər.

 





13.05.2025    çap et  çap et