Vaxt.Az

Tramp Suriyaya qarşı sanksiyaları ləğv etdi


 

“Dünən Ərdoğan, bu gün digər hörmətli dostları eyni tələblə çıxış etdi”

Tramp Suriyaya qarşı sanksiyaları ləğv etdi ABŞ prezidenti Donald Tramp Körfəz turu çərçivəsində Ər-Riyadda iştirak etdiyi Səudiyyə Ərəbistanı-ABŞ Birgə İnvestisiya Forumunda çıxış edib.

ABŞ prezidenti Tramp çıxışında ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaları xatırladıb və sanksiyaları ləğv edəcəklərini açıqlayıb.

Prezident Ərdoğanla telefonla danışdığını xatırladan Tramp, “Dünən Türkiyə lideri Ərdoğan da oxşar tələblə çıxış etdi. Bunu Yaxın Şərqdəki digər hörmətli dostlarım da söylədi. Suriyaya qarşı sanksiyaları qaldıracağıq”, – deyib.

Dünən İstanbuldakı danışıqlara özünün də qatıla biləcəyini deyən Tramp, “Marko Rubio (ABŞ dövlət katibi) bu həftə Türkiyədə Suriyanın yeni xarici işlər naziri (Əsəd Həsən Şeybani) ilə görüşəcək”, – deyib.

Tramp İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının “çox yaxşı nəticə verəcəyini” deyib və ABŞ dövlət katibi Rubionun bu danışıqlarda iştirak edəcəyini qeyd edib.

 





13.05.2025    çap et  çap et