Vaxt.Az

Brüsselin hava limanında həyat durdu


 

“Ryanair” təyyarəsinə bomba təhlükəsindən sonra bütün uçuşlar dayandırılıb

Brüsselin hava limanında həyat durdu Bu gün Brüsseldəki Şarlerua hava limanına daxil olan və çıxan bütün uçuşlar bomba təhlükəsi ilə əlaqədar dayandırılıb.

Belçika mətbuatı xəbər verir ki, səhər saat 11-ə yaxın Portuqaliyadan gələn “Ryanair” təyyarəsinin hava limanına yaxınlaşarkən göyərtəsində bomba olduğu bildirilib.

Aeroport sözçüsü yerli mediaya bildirib ki, təyyarə hava limanının ayrıca ərazisinə yönləndirilib və təhlükəsizlik perimetri yaradılıb.

Hava limanının səlahiyyətliləri bütün uçuşları dayandırılıb, lakin terminalın 500 metrlik ərazidən kənarda olduğu üçün boşaldılmadığını söyləyib.

Polisin təhlükəsizlik araşdırmaları apardığı və hava hərəkətinin nə vaxt bərpa olunacağını müəyyənləşdirəcəyi bildirilir.

 





13.05.2025    çap et  çap et