Vaxt.Az

Öncə Kanlaon, sonra Etna


 

Dünyadakı bulkanlar bir-birinin ardınca püskürür

Öncə Kanlaon, sonra Etna İtaliyada Avropanın ən aktiv vulkanı olan Etnada vulkanik aktivlik güclənib. Vulkan gecə saatlarında lava və kül püskürməyə başlayıb. Püskürmələr 2900 metr hündürlükdə cənub-şərq kraterindəki aktivliyə görə ortaya çıxıb.

Kraterdən sızan maqma vulkanın yamacından cənub-şərq istiqamətində kütləvi lava axınına səbəb olub. Vulkanda kül və lava atma fəaliyyətlərinin səhər saatlarında başa çatdığı açıqlanıb.

Bildirilib ki, Siciliya adasındakı Etna dağından püskürən bu son kül və lava son aylarda qeydə alınan 13-cü vulkanik aktivlikdir.

***

Filippində də növbəti vulkan püskürməsi baş verib. Neqros adasında yerləşən Kanlaon vulkanı aktivləşib.

Vulkandakı püskürmənin 5 dəqiqə davam etdiyi və püskürmə zamanı vulkandan təxminən 3 kilometr yüksəkliyə kül səpildiyi açıqlanıb.

Hakimiyyət orqanları vulkana yaxın yaşayış məntəqələrinin sakinlərini təxliyə etməyə çağırıb. Rəsmilər ictimaiyyəti lava axını, qaya parçaları və kül yağışı kimi təhlükələrdən ehtiyatlı olmağa çağırıb.

 





13.05.2025    çap et  çap et