Şəxsən mən buna əsla inanmıram. Düzdür, onlar silahı yerə qoymağına qoyurlar, amma fəaliyyətlərini isə dayandırmırlar. Sadəcə olaraq müstəvini, konteksti dəyişirlər. Yəni ki, bundan sonra, guya, hüquqi-siyasi müstəvidə fəaliyyət göstərəcəklərini bəyan ediblər (yeri gəlmişkən, bəyanatın mətni də kifayət qədər ziddiyyətli və ikibaşlı ifadələrlə doludur).
Beləliklə, dünənki PKK-çılar bu gün silahı yerə qoyub, terrorçu libasını soyunur və bahalı markadan olan kostyum və qalstuklara keçirlər. Başqa sözlə desək, zahiri qiyafətlərini, qılaflarını, obrazlarını dəyişirlər. İçlərini isə dəyişmirlər (və ya heç dəyişmək də istəmirlər). Terrorçu mahiyyətləri, zehniyyətləri olduğu kimi qalır.
Sadəcə olaraq dağlardan şəhərlərə enir, bahalı limuzinlərə, bahalı ofislərə transfer edirlər.
Bir sözlə, kostyumlu terrorçular. Və yaxud, sivil terrorçular. Hətta postmodern terrorçular da deyə bilərsiniz.
Və bu postmodern terrorçular bundan sonra Türkiyədə sayılıb-seçilən siyasətçilərə, vacib personalara çevriləcəklər, siyasi partiyalara axın edəcəklər. Beləliklə, siyasətin terroristləşməsi prosesi yaşanacaq. Bu isə Türkiyənin gələcəyi üçün çox ciddi başağrısına çevriləcək.
Bu adamlar əslində siyasətə üz tutmamalıydılar. Onların yeri siyasət deyil. Terrorçu hara, siyasət hara?
Bu adamların yeri ya qəbir olmalıydı, yada ki, qazamat.
Əksər cinayətkarları əfv etmək, reabilitasiya etmək olar. Əli qana batmış qatı terrorçular isə heç bir halda əfv olunmamalıdırlar. Çünki terrorçu heç vaxt islah olunmur, xislətini, niyyətini dəyişmir...
(ardı var)