Vaxt.Az
Fransızlar kasıblayır?
İkinci əl geyim satış platforması “Vinted Kiabi” “Amazonu” keçərək zirvəyə çıxdı
İkinci əl geyimlər indi Fransada əsas cərəyana çevrilib. Geyim vərdişlərinin dəyişdiyi bir ölkədə ikinci əl geyim satışı platforması “Vinted Kiabi” “Amazon”u geridə qoyaraq ən çox paltar satan mağaza oldu. “Vinted Kiabi” 23 milyon istifadəçi ilə ölkənin ən yaxşı geyim satıcısı oldu. Alıcılıq qabiliyyətinin azalması və ekoloji cəhətdən təmiz üstünlüklər ikinci əl geyim modasını pik həddə çatdırıb.“Vinted Kiabi”, 2024-cü ildə dövriyyəsini 813 milyon avroya
yüksəldib. İstifadəçilər həm sərfəli qiymətə, həm də ətraf mühitə həssaslığa
görə ikinci əl geyimlərə müraciət etdiklərini deyirlər.
Tətbiqdə alış-veriş edən tələbə Eliza, “Büdcəm məhduddur,
lakin burada sərfəli qiymətlərlə bir çox variant tapıram”, – deyib.
Fransada ikinci əl geyimlərin önə çıxmasının əsas səbəbləri
alıcılıq qabiliyyətinin aşağı düşməsi və iqtisadi çətinliklərdir. Araşdırmalara
görə, son 25 ildə fransızların geyim xərcləri iki dəfə azalıb.
14.05.2025
çap et