Vaxt.Az
Tural Müseyibov işdən çıxarıldı
İTV sabiq sədr müavini FHN-in mətbuat xidmətinin rəhbəri oldu
Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi həyata keçirilib. AzNews.az-a daxil olan məlumata görə, nazirlik yarandığı vaxtdan qurumun mətbuat xidmətinin rəhbəri olan Tural Müseyibov vəzifəsindən çıxarılıb. Onun yerinə isə İTV direktorunun sabiq müavini Oqtay Bayramov təyin edilib.
Xatırladaq ki, uzun illər «AzərTAc»da müxtəlif
vəzifələrdə çalışan Oqtay Bayramov bir müddət İctimai Televiziya və Radio
Yayımları (İTV) Şirkətinin sədr müavini postunu tutub. İTV-nin yeni rəhbərliyi
ilə aralarında yaranan anlaşılmazlıq səbəbindən isə telekanaldan uzaqlaşıb.
28.04.2014 çap et