Maraqlıdır, bu mənzərə Xəzər dənizi ekoloji fəlakətlə üz-üzədir deməyə əsas verirmi?
Mövzu ilə bağlı “Trend”ə danışan Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov bildirib ki, Xəzər dənizinin səviyyəsi getdikcə aşağı düşür.
“30-40 ildən bir Xəzərin səviyyəsi gah qalxır, gah düşür. Bu dövrü təkrar olunan bir prosesdir. İndi çökmə prosesi gedir. 1978-1993-cü illərdə Xəzərin səviyyəsi qalxırdı, indi isə düşür. Bu bir neçə il davam edəcək və bu müddət ərzində təxminən səviyyə 1 metrə qədər də düşəcək. Daha sonra tədricən qalxmağa başlayacaq”, – o deyib.
Professor qeyd edib ki, bu günəşin fəallığı, iqlim dəyişməsi, insanın təsərrüfat fəaliyyəti ilə bağlıdır.