Hər iki məkan bu yaxınlarda Avstraliya Dad Bələdçisi tərəfindən nüfuzlu “Aşpazın papağı” mükafatına layiq görülüb. Lakin bütün təriflərə baxmayaraq, biznesin sahibi, eyni zamanda “Falcon Capital” investisiya firmasının direktoru olan Deyvid Anderson hazırda ASIC (Avstraliya Qiymətli Kağızlar və İnvestisiyalar Komissiyası) tərəfindən araşdırmanın mərkəzindədir.
“Daily Mail”də yer alan xəbərə görə; restoranlar aprelin son günlərində fəaliyyətlərini dayandırıb. Kekounun qapısına qoyulmuş bildirişdə deyilirdi ki, mülk sahibi “icarə haqqını ödəmədiyinə görə” əmlakı geri alıb.
Ləğvetmə prosesinə əsasən, ümumilikdə 82 kreditora 1,3 milyon dollardan çox borc var. Bunlara 400 000 ABŞ dolları vergi borcu (ATO-ya) və işçilərə ödənilməmiş əmək haqqı daxildir. 12 işçiyə cəmi 220 000 dollardan çox ödəniş edilməlidir. Bu məbləğə 33 885 pensiya, 49125 dolları istifadə olunmayan məzuniyyət və 98 157 ABŞ dolları işdən çıxma müavinəti daxildir.
Bundan əlavə, restoranlardan istifadə olunmayan hədiyyə sertifikatları da böyük maliyyə yükü yaradır. “Kekou”da 43 956 dollar, “Klae”də isə 7 732 dollar dəyərində istifadə olunmamış çeklər aşkar edilib.
“Swan Street” və “Bridge Road”dakı restoranlarda müxtəlif təchizatçılara və xidmət təminatçılarına da əhəmiyyətli borclar var. Bunlara rəqəmsal ödənişlər firması “Tyro” (335 433) və qida və içki təchizatçıları (51 089 dollar) daxildir. Maraqlı detal ondan ibarətdir ki, “Klae” bacısı Kekou şirkətinə 65 000 dollar borcludur.
İstintaqın mərkəzində olan Deyvid Anderson həm də “First Guardian Masterfund” investisiya fondunun meneceridir. ASIC-in bu fondla bağlı ciddi narahatlığı var. Komissiya bildirib ki, fondun bildirdiyi 274 milyon dolların böyük hissəsi, ödənişləri aylarla gecikdirilib.
Həmçinin fondun sərmayədarlara bildirilməyən üsullarla marketinq xidmətləri göstərmək iddiasında olan şirkətlərə 23 milyon dollardan çox vəsait köçürdüyü və fondun menecerində maraqların toqquşması ola biləcəyi bildirilib. ASIC araşdırması və restoranların ləğvi prosesi davam edir.