Vaxt.Az
“Çinin açılma vaxtıdır”
Tramp: “Pekini məcbur edəcəyik”
ABŞ Prezidenti Donald Tramp dünən axşam “Fox News” telekanalına verdiyi müsahibədə Vaşinqton və Pekinin bir-birlərinə tətbiq etdikləri ağır tarifləri dayandırmasından bir neçə saat əvvəl ABŞ-ın Çin ilə çox möhkəm razılaşma çərçivəsinə çatdığını açıqladı.Tramp, ikinci müddətinin ilk xarici səfəri üçün Səudiyyə Ərəbistanına
gedərkən “Air Force One” təyyarəsində verdiyi müsahibədə “Çin ilə çox möhkəm
razılaşma üçün çərçivəmiz var. Çinin açılmasının vaxtıdır və bu, razılaşmamızın
bir hissəsidir. Pekini açılmağa məcbur edəcəyik. Məncə, bu, sazişin ən maraqlı
hissəsidir”, – deyib.
14.05.2025
çap et