Vaxt.Az

15 ilin ən yüksək səviyyəsi...


 

Almaniyada işsizlik 3 milyona yüksəldi

15 ilin ən yüksək səviyyəsi... Almaniyada işsizlik 3 milyona yaxınlaşır. Gənclər arasında işsizlik artdıqca, iqtisadiyyat üçüncü ildir kiçilir.

Almaniyada avqust ayında işsizliyin 3 milyona çatacağı gözlənilir. Alman İqtisadiyyat İnstitutunun (IW) məlumatına görə, bu rəqəm 2010-cu ildən bəri qeydə alınan ən yüksək səviyyə olacaq. İllik orta işsizlik səviyyəsinin 6,3 faizə çatacağı təxmin edilir. Bu göstərici 2011-ci ildən bəri ən yüksək səviyyə olacaq.

***

Xüsusilə gənclər arasında işsizliyin artması diqqəti çəkir. Son iki ildə 15-25 yaş arası gənc işsizlərin nisbəti 22 faiz artıb. Bunun əsas səbəbi şirkətlərin daha az vəzifə açması, gənclərin işçi qüvvəsinə daxil olmasını çətinləşdirir.

***

“IW” tərəfindən aparılan iqtisadi sorğulara əsasən, şirkətlərin üçdə birindən çoxu qarşıdakı dövrdə işçilərinin sayını azaltmağı planlaşdırır. Ekspertlər bu vəziyyətin işsizliyin artmasına daha da təkan verə biləcəyini deyirlər.

***

“IW” məlumatlarına görə, Almaniya iqtisadiyyatı bu il 0,2 faiz kiçiləcək. Bu, ölkə iqtisadiyyatının dalbadal kiçildiyi üçüncü il olacaq. Bu vəziyyətə səbəb olan əsas amillər arasında ABŞ prezidenti Donald Trampın gömrük siyasəti, qlobal iqtisadi qeyri-müəyyənliklər, aşağı investisiyalar və Almaniyada yüksək biznes xərcləri var.

 





14.05.2025    çap et  çap et