Vaxt.Az

Almaniyada çadra qadağası


 

Avtomobil sürərkən üzünüzü örtə bilməzsiniz

Almaniyada çadra qadağası Almaniyanın Darmstadt vilayətinin İnzibati Məhkəməsinin ardınca Kassel vilayətindəki Hessi İnzibati Məhkəməsi də qərar verib ki, xüsusi icazə olmadan avtomobil sürərkən örtük taxmaq olmaz.

Məhkəmənin dünənki iclasında qərar verilib ki, üz örtüyü taxmaq qadağası avtomobil idarə edərkən də tətbiq edilir. Yəni göz ətrafı istisna olmaqla, istifadəçinin bütün üzü və başı bağladığına görə çadra geyinərkən avtomobil sürmək qadağan olunub.

***

Məhkəmə davasında sözügedən qadının şəxsiyyəti sürət kamerası fotolarında müəyyən edilə bilməyib. Buna görə də üzün örtülməsinə qadağa yol hərəkəti təhlükəsizliyi məqsədilə tətbiq edilib. Sürücü əvvəlcə Darmştadtdakı regional şuraya müraciət etmiş və güzəşt tələb etmişdi. Bu qurum icazədən imtina etməyi planlaşdırıb və məsələ ilə bağlı qadını dinləyib. Daha sonra qadın məhkəməyə müraciət edib.

***

İndi İnzibati Məhkəmə Darmstadtın qərarını təsdiqləyib və ondan şikayətə icazə verməyib. Bununla belə, regional şura qadınlara güzəştlərin olub-olmaması ilə bağlı yenidən qərar verməlidir. Müsəlman qadınların oxşar müraciətləri əvvəllər Reynland-Pfalts, Berlin və Şimali Reyn-Vestfaliya əyalətlərində nəticəsiz yekunlaşıb.

 





14.05.2025    çap et  çap et