Vaxt.Az

Nuhun gəmisi tapılıbmı?


 

Tədqiqatçılar aylar sonra Ağrı dağında ilk böyük dəlilə rast gəldiklərini iddia edir

Nuhun gəmisi tapılıbmı? Dünyanın hər yerindən gələn tədqiqatçılar Türkiyənin ən yüksək dağı olan Ağrı dağının dərinliklərində Nuhun gəmisinin qalıqlarını axtarırlar. Müqəddəs Kitaba görə, bu nəhəng gəmi 4300 ildən çox əvvəl baş verən böyük daşqın zamanı bəşəriyyəti və bütün heyvanları yox olmaqdan xilas edib.

***

Ağrı dağı yaxınlığındakı Durupınar formasiyasında çalışan bir qrup amerikalı tədqiqatçı dağın dərinliklərində aylar sonra bucaqlı strukturlar və boşluqlarda ilk böyük dəlil tapdıqlarını iddia etdilər.

Müstəqil tədqiqatçı Endryu Cons yerə nüfuz edən radardan istifadə edərək layların mərkəzindən keçən 13 metrlik tunel aşkarladığını deyib.

***

Skanlar həmçinin yerin altındakı üç təbəqənin təsvir edildiyini iddia edir ki, bu da üç göyərtəli gəminin İncildə yazılanlara uyğun gəlir.

İndiyədək aparılan skanlar səthdən təxminən 6 metr aşağıda uzanan bucaqlı strukturları aşkar edib. Bu strukturlar göyərtəyə bənzər platformanın altındakı otaqları təmsil edə bilər.

***

Tədqiqat qrupunun üzvü “Biz qayıqvari formasiyanın içərisində bitən otların onun kənarındakı ərazi ilə müqayisədə fərqli rəngdə olduğunu müşahidə etdik”, – deyib.

Həmçinin, tunelin təbəqənin ucundan ortasına qədər uzandığı və keçmək üçün kifayət qədər böyük olduğu bildirildi. İçindəki kalium səviyyələri də təxminən 40 faiz yüksəkdir.

***

Türkiyənin ən yüksək zirvəsi olan Ağrı dağından cəmi 29 kilometr cənubda yerləşən Durupınar Formasiyası müasir dünyaya yalnız bir əsrdən az müddətdir məlumdur.

Yerli məlumatlara görə, 1948-ci ilin mayında yağan leysan yağışları və zəlzələlər ətrafdakı palçığı yuyub aparıb, sirli formanı üzə çıxarıb. Daha sonra bir çoban tərəfindən aşkar edilmişdir.

***

Müqəddəs Kitabda deyilir ki, Nuhun gəmisi dünyanı bürüyən 150 günlük daşqından sağ çıxdıqdan sonra Ağrı dağında dayanıb.

Maraqlıdır ki, formasiya gəminin forma və ölçülərinə uyğun gələn zirvənin yaxınlığında yerləşir. İncildə göstərilən ölçülərinə görə, gəminin uzunluğu təxminən 155, eni 26, hündürlüyü isə 16 metr olub.

Gəminin Ağrı dağında dayanması fikri uzun müddətdir ki, müzakirə olunur.

 





14.05.2025    çap et  çap et