Pakistan rəhbərliyinin Azərbaycana təşəkkür edəcəyi gözlənilən idi. Çünki mayın 7-10-u tarixlərində Hindistanın Pakistana xain hücumları zamanı Azərbaycan Pakistana siyasi dəstək nümayiş etdirmiş, bu ölkənin xalqıyla həmrəy olduğunu bildirmişdi.
Yeri gəlmişkən, həmin günlərdə müsəlman ölkələri arasında yalnız Türkiyə və Azərbaycan Pakistana açıq mənəvi, siyasi dəstək sərgilədi.
Şahbaz Şərif Azərbaycanla bərabər, Türkiyəyə də minnətdarlığını bildirib.
Düşmənlərimizə qarşı savaşmalı olduğumuz zamanlarda gerçək dostlarımızı da daha yaxından tanımaq imkanı əldə edirik. Bu mənada Azərbaycan, Türkiyə və Pakistanın dostluğu, müttəfiqliyi bütün müsəlman və türk cümhuriyyətlərinə yaxşı mənada örnək ola bilər.
Ümumiyyətlə, Tanrı bu üç ölkənin üzərinə “gerçək müsəlman həmrəyliyi necə olmalıdır” sualına ən doğru cavabı tapmaq və onu əməli olaraq göstərmək missiyasını da qoyub. İndi bu üç ölkənin dostluq (qardaşlıq) və həmrəylik modelini bütün Türk-İslam dünyasında necə tətbiq etməyin yolları barədə düşünmək lazımdır. Çünki hazırkı “İslam həmrəyliyi” anlayışı artıq çoxdan çürüyüb və əhəmiyyətini, işləkliyini itirib...
(ardı var)