Vaxt.Az

Daha bir qoca fırıldağçıların qurbanı oldu


 

Saxta həkim 82 yaşlı kişini “xərçəng”lə aldadıb və qızıllarını oğurladı

Daha bir qoca fırıldağçıların qurbanı oldu Almaniyada fırıldaqçıların üsullarının sonu yoxdur. Bu cinayətlərdə xüsusilə yaşlı insanlar hədəfə alınır. Alman yaşlı insanların asanlıqla aldadılması fırıldaqçıların işinə yarayır.

Bu olaylardan növbəti biri Bavariya vilayətində baş verib. 82 yaşlı kişiyə zəng edən şəxs 100.000 avrodan çox qızıl pulunu ələ keçirib.

Regensburq polisinin hesabatına görə, telefona bir tanımadığı şəxsin həkim olduğunu deyərək yaşlı qocaya zəng edib. Zəng edən şəxs təqaüdçünün oğlunun xərçəng tutulduğunu və İsveçrədən bahalı dərmanlara ehtiyacı olduğunu bildirib.

Cəmi bir neçə dəqiqədən sonra 82 yaşlı təqaüdçünün ev ünvanına kuryer gəlib. Yaşlı vətəndaş naməlum şəxsə içərisində 6 rəqəmli məbləğ dəyərində qızıl olan göy rəngli parça çanta verib. Naməlum çantanı götürərək qəfildən qaçıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 





14.05.2025    çap et  çap et