Qətər Əmiri Əl Tani imzalanma mərasimindən sonra etdiyi çıxışda, “Prezident Trampla iki saata yaxın xoş görüş keçirdik. Görüş zamanı ikitərəfli əlaqələrlə yanaşı, regiondakı vəziyyətlə bağlı bir çox məsələləri müzakirə etdik. Bu müqavilələri imzaladıqdan sonra ABŞ və Qətər arasındakı əlaqələri yeni səviyyəyə qaldırdıq. Onun bu səfərinə görə prezident Trampa bir daha təşəkkür etmək istəyirəm”, – deyib.
ABŞ prezidenti Donald Tramp da Əl Tani ilə apardıqları ikitərəfli danışıqlarda Rusiya, Ukrayna və dünya ilə bağlı bir çox mövzunu müzakirə etdiklərini deyib: “Çox maraqlı bir vəziyyətin yaşandığı İranı müzakirə etdik. Düşünürəm ki, bunun sonu yaxşı olacaq. Bir şəkildə yaxşı bitməlidir. Çox faydalı oldunuz”
“Qatar Airways” və Amerika təyyarə istehsal edən şirkət “Boeing” ilə imzalanan təyyarə alqı-satqısı müqaviləsinə toxunan Tramp, Qətərin “Boeing”dən 160 təyyarə almaq üçün 200 milyard dollar dəyərində müqavilə imzaladığını və bunun “Boeing tarixindəki ən böyük müqavilə” olduğunu bildirib.
Tramp ABŞ döyüş təyyarələrinin sabah nümayiş keçirəcəyini paylaşıb və Qətər əmirinə "dostluğuna" görə təşəkkür edib.