Vaxt.Az

Putinin susması Trampı qəzəbləndirdi


 

“Gəlib-gəlməyəcəyini bilmirəm, ikinci sanksiyalar mümkündür”

Putinin susması Trampı qəzəbləndirdi ABŞ prezidenti Donald Tramp dünən Rusiya prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarında iştirak edib-etməyəcəyi ilə bağlı fikir mübadiləsi aparıb.

ABŞ-ın bir nömrəli prezident təyyarəsi “Air Force One”da jurnalistlərə açıqlama verən Tramp Putinlə bağlı "O, İstanbulda olmağımı istəyir. Türkiyəyə də gedə biləcəyim bir ehtimal var... Mən olmasam, onun orada olub-olmayacağını bilmirəm. Bunu öyrənəcəyik”, – deyib.

Tramp daha əvvəl İstanbuldakı danışıqlarla bağlı bildirmişdi ki, “bu danışıqlar qətiyyən asan başa gəlmir”. Amma Kremlin danışıqlardan uzaqlaşması Trampın sözləri ilə ziddiyyət təşkil edirdi.

Bundan əlavə, Tramp bəyan edib ki, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar hələ də masadadır. ABŞ prezidenti daha əvvəl bəyan etmişdi ki, Putin sülh danışıqları ilə bağlı səbrini onun sınayır, amma onun da bir limiti var.

 





15.05.2025    çap et  çap et