Açıqlamada ABŞ və Qətər arasında “Boeing” təyyarələri və “GE Aerospace” mühərriklərinin Qatar “Airways”ə satışı da daxil olmaqla ümumi məbləği 243,5 milyard dollardan çox olan iqtisadi razılaşmaların edildiyi qeyd edilib.
Qətərdə edilən bəzi razılaşmaların yer aldığı açıqlamada “Boeing” və “GE Aerospace” şirkətlərinin “Qatar Airways”dən 96 milyard dollarlıq sifariş aldığı və bu müqavilənin ABŞ istehsalı olan 210 ədəd “Boeing 787 Dreamliner” və “GE Aerospace” mühərrikləri ilə işləyən “Boeing 777X” təyyarələrinin alınmasını əhatə etdiyi ifadə edildi.
Bunun şirkətin bu günə qədər ən böyük geniş gövdəli təyyarə sifarişi və “Boeing 787” sifarişi olduğu ifadə edilən açıqlamada, bu müqavilənin istehsal və çatdırılma prosesində ABŞ-da ildə 154 min olmaqla ümumilikdə 1 milyondan çox iş yeri təmin edəcəyi vurğulandı.
ABŞ-ın qlobal enerji şirkəti “McDermott” kritik enerji infrastrukturunun inkişafında “Qatar Energy” ilə güclü tərəfdaşlığa qurulması ilə bağlı bəyanat yayıb. Şirkətin bəyanatda qeyd edilib ki, cəmi 8,5 milyard dollar dəyərində olan yeddi aktiv layihə ilə “McDermott” Qətərin əsas LNG genişləndirilməsi layihələri üçün dəniz komponentlərinin yeganə təminatçısı olacaq.
Rəqəmsal müdafiə və təhlükəsizlik şirkəti “Parsons Corporation” iki ölkə arasında sazişlərdən 97 milyard dollar dəyərində 30 layihə qazanıb. “Quantinuum” isə ABŞ-da kvant texnologiyaları və işçi qüvvəsinin inkişafına 1 milyard dollara qədər investisiya yatırmaq üçün Qətərin “Al Rabban Capital” şirkəti ilə birgə müəssisə müqaviləsi imzalayıb.
Bəyanatda müdafiə sərmayələrinə də işarə edilərək, Qətərin iki aparıcı ABŞ müdafiə şirkətindən texnoloji hərbi avadanlıqların tədarükünü təmin etdiyi vurğulanıb.
Açıqlamada, “Raytheon”un Qətər üçün pilotsuz uçuş aparatlarına qarşı müdafiə qabiliyyəti əldə etmək üçün iki ölkə hökumətləri tərəfindən imzalanan 1 milyard dollarlıq müqaviləni təmin etdiyi, “General Atomics” isə Qətərə uzaqdan idarə olunan MQ-9B təyyarə sistemi üçün təxminən 2 milyard dollarlıq razılaşma əldə etdiyi bildirilir.
Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ və Qətər təhlükəsizlik sahəsində tərəfdaşlıqlarını daha da gücləndirmək niyyəti haqqında bəyannamə imzalayıblar ki, bu, 38 milyard dolları aşan potensial investisiyalar, o cümlədən Əl-Udeyd Hava Bazasında yük bölgüsünə dəstək və hava hücumundan müdafiə və dəniz təhlükəsizliyi üçün gələcək müdafiə imkanları daxildir.