Açıq rəngli dəri xərçəngi xüsusilə güclü bir artım göstərib. 2003-cü ildən bəri xəstələrin sayı 41 900-dən 91 000-ə yüksəlib ki, bu da 117 faiz artım deməkdir. Qara dəri xərçəngində artım 26,9 faiz təşkil edib. 2023-cü ildə burada təxminən 26 000 stasionar xəstə müalicə olunub.
Rəqəmlərə görə, bütün stasionar xərçəng müalicələrinin 8,1 faizində dəri xərçəngi əsas diaqnoz olub. Bütün xərçəng müalicələri arasında dəri xərçəngi hallarının nisbəti 20 il ərzində təxminən iki dəfə artıb. Bu göstərici 2003-cü ildə 4,1 faiz təşkil edirdi.
***
Kişilər bu xəstəliyə qadınlara nisbətən daha tez-tez tutulur. Stasionar dəri xərçəngi hallarının 56,1 faizi kişilərin payına düşür. Ölənlərin sayı da artıb. 2023-cü ildə dəri xərçəngindən təqribən 4500 nəfər ölüb. Bu rəqəm 2003-cü ildə 2800 nəfər idi ki, indiki rəqəmlər 20 il əvvəlkindən 60,8 faiz çoxdur.
Keçən il dünyasını dəyişənlərin yarıdan çoxunun yaşı 80-dən yuxarı olanlar olub. Amma nisbi mənada ölüm riski 30-34 yaş arasında ən yüksək olub. Bu yaş qrupunda dəri xərçəngi yüzdə birində ölümə səbəb olduğu halda, bütün yaş qruplarında bu nisbət yüzdə 0,4-dür.