Vaxt.Az

“Putin İstanbul danışıqlarında iştirak etməyəcək”


 

Kremldən açıqlama

“Putin İstanbul danışıqlarında iştirak etməyəcək” Ukrayna ilə sülh danışıqları üçün bu gün Kremlin açıqladığı İstanbula gedəcək Rusiya nümayəndə heyətinin tərkibi siyahısında Rusiya prezidenti Vladimir Putinin adı yoxdur.

Moskva nümayəndə heyətinə prezidentin müşaviri Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Ukrayna prezidenti Vladimir Zelenski üç ildən artıqdır davam edən müharibənin həlli üçün Moskva və Kiyev arasında birbaşa danışıqları təklif edərək Putini İstanbula dəvət edib.

“Reuters”in verdiyi məlumata görə, Ukrayna rəsmisi Zelenskinin Türkiyənin paytaxtı Ankaraya yollandığını bildirib.

 





15.05.2025    çap et  çap et